Xəbərlər arxivi

01/

05/18
 

27/

04/18
 

MƏLUMAT

24 aprel 2018-ci il tarixdə DİN-in Baş Mühafizə İdarəsinin və Nərimanov Rayon Mühafizə İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” şüarı altında baş idarənin idman kompleksində uşaqlar, yeniyetmələr və gənclər arasında əlbəyaxa döyüş növləri üzrə respublika çempionatı keçirilib. Əvvəlcə yarış iştirakçılarını və qonaqları salamlayan BMİ-nin təmsilçisi Tural Həsənov bildirdi ki, idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, ölkəmizin beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət alıb. Möhtərəm Prezidentimiz tərəfindən idmana göstərilən ali diqqət, paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya komplekslərinin, müasir idman qurğularının tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi onu deməyə əsas verir ki, aparılan siyasətin bir hədəfi var: sağlam gənclik və sağlam gələcək. Baş idarə tərəfindən hər il idman yarışlarının keçirilməsinə diqqət çəkən T.Həsənov ötən il keçirilən idman tədbirinin aprel şəhidlərinin əziz xatirsənə, bu il isə bəşəriyyətin bəlasına çevrilən narkomaniyaya həsr olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, narkomaniya ilə mübarizə tədbirlərində ən başlıca şərt maarifləndirmədir. Maarifləndirmə ilə yanaşı ondan qorunmaq üçün ən gözəl üsul, mübarizə metodlarından biri isə həm də idmandır. Nərimanov RMİ-nin rəis müavini, polis polkovnik-leytenantı Səlim Salmanlı bu gün polisin də sıralarında bir çox məşhur idmançıların yetişdiyini, onların müxtəlif beynəlxalq yarışlarda möhtəşəm qələbələr qazandıqlarını diqqətə çatdırdı və gələcəyimiz olan gənclərin təkcə idmanda deyil, bütün sahələrdə bayrağımızı ucaldacaqlarına inamını ifadə etdi. Dedi ki, polisin təşkilatçılığı ilə belə yarışların keçirilıməsində əsas məqsəd gənclər arasında idmanın təbliğini genişləndirmək, nəticədə gəncləri alkoqolizm və narkomaniya kimi zərərli vərdişlərdən uzaq tutmaqdır. Yasamal Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi də DİN BMİ-nin bu idman yarışına təşkilatçılıq etməsini idmana verilən töhfə kimi qiymətləndirdi. Beynəlxalq Əlbəyaxa Döyüş Növləri Respublika nümayəndəliyinin prezidenti, əlbəyaxa döyüş növü üzrə dəfələrlə dünya, Avropa və ölkə çempionu, Nərimanov RMİ-nin əməkdaşı Səməd İbrahimov Azərbaycanda əlbəyaxa döyüş növünün inkişafına, göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə təşəkkür etdi. Sonra torpaqlarımız uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yarış dövlət himnimiz oxunduqdan sonra açıq elan olundu. Müxtəlif çəki dərəcələrində olan idmançılar güclərini sınayıb qələbə uğrunda mübarizə apardılar. Yeri gəlmişkən, tədbirdə idmana dəstək verən musiqiçi qonaqlardan Elxan Şirinovun ifaları yadda qaldı.

26/

04/18
 

26/

04/18
 

25/

04/18
 

23/

04/18
 

21/

04/18
 

MƏLUMAT

18.04.2018-ci il tarixdə saat 16:50 radələrində, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, “Azərsu” ASC-yə məxsus obyektlərdə xidmətdə olarkən, Bakı-Quba yolunun 51-ci km-də yerləşən Yaşma bağlarından 2 ədəd metal borunu oğurlamağa cəhd göstərmiş Sumqayıt şəhər sakini, əvvəllər AR CM-nin 177.2 və 177.2.2 maddələri ilə məhkum olunmuş 1985-ci il təvəllüdlü Şəfiyev Gülmirzə Zakir oğlunu maddi subutla birlikdə saxlayaraq ərazi üzrə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə təhvil vermişlər. Bölmədə G.Şəfiyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə digər cinayətlərinin də üstü açılıb. Belə ki,11.03.2018-ci il tarixdə Sumqayit şəhər sakini P.Rəhimliyə məxsus Yaşma bağlarinda yerləşən bağ evindən elektrik naqillərini, 20.03.2018-ci il tarixdə Sumqayıt şəhər sakinləri, E.Hüseynov və K.Qurbanəliyevə məxsus Yaşma bağlarında yerləşən bağ evlərindən 1 ədəd işlənmiş dəmir qapı, müxtəlif ölçüdə olan 4 ədəd metal bopuları, 1 ədəd loqonda, 1 ədəd su matoru, 1 ədəd işlənmiş “BK-1500” markalı kondinsioner və 30.03.2018-ci il tarixdə Sumqayıt şəhər sakini C.Rzaquliyevə məxsus, H.Z.Tağıyev qəsəbəsi ərazisundə yerləşən fərdi evin hasarına çəkilmiş 4 metr uzunluğunda 60 sm hündürlüyündə olan 3 ədəd mis lövhəni oğurladığı da məyyən edilmişdir. Faktla bağlı Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində araşdırma aparılır.

19/

04/18
 

13/

04/18
 

11/

04/18
 
1 2 3 4 5 6 7 8 9 10 11 >>