Xəbərlər arxivi

31/

03/18
 

30/

03/18
 

28/

03/18
 

MƏLUMAT

Novruz bayramı gecəsi, Bakıda zavoda məxsus yanacaq borusunu xüsusi alətlə deşən şəxs tutulub. Martın 20-si saat 04:10 radələrində əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Həmdəmov Nizami Hüseynağa oğlu Bakı Neft Emalı Zavoduna məxsus neft məhsulları nəql olunan boru kəmərini oğurluq məqsədilə, xüsusi alətlə deşərkən həmin ərazidə xidmət aparan Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən tutulub. Tutulan şəxs sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Xətai RPİ-nin əməkdaşlarına təhvil verilmişdir. Aparılmş araşdirmalar zamanı müəyyən edilmişdirki, N.Həmdəmov əvvəllərdə həmin zavoddan küllü miqdarda benzin oğurlayıb. Belə ki, 2009-cu ildə N.Həmdəmov bir neçə şəxslə əlbir olaraq, Bakı Neft Emalı Zavodunun 7-ci sexində yerləşən benzin borusundan NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən “FF Companiya” şirkətinə məxsus obyektə yeraltı yollarla boru xətti çəkərək küllü miqdarda benzin oğurlayıb. Həmin vaxt Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində N.Həmdəmovdan başqa dəstənin digər üzvləri tutularaq istintaqa təhvil verilmişlər. N.Həmdəmov isə bir müddət sonra yaxalanıb. İllər sonra azadlığa çıxan həmin şəxs eyni yolla yenidən oğurluq əməli törətməyə çalışıb.

27/

03/18
 

26/

03/18
 

25/

03/18
 

23/

03/18
 

21/

03/18
 

20/

03/18
 

17/

03/18
 
1 2 3 4 5 6 7 8 9 10 11 >>