MƏLUMAT

13.12.2016-cı il tarixdə saat 05:01 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun Mərdanov qardaşları küçəsi, ev 98 ünvanında yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Zeytun 535” aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalını yoxlayarkən, obyektin giriş qapısına oğurluq məqsədi ilə müdaxilə olunduğunu aşkar etmişlər. Hadisə yerinə obyektin sahibi dəvət olunduqdan sonra obyektə baxış keçirilmiş, heç bir maddi ziyan dəymədiyini müəyyən etmişlər. Faktla bağlı ərazi üzrə Polis Bölməsində araşdırma aparılır.

Arxiv

13/

12/16