MƏLUMAT

23.12.2016-cı il tarixdə saat 16:30 radələrində, Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lök-batan qəsəbəsində yerləşən, “Sədərək” TM-nin şirniyyat adlanan ərazisində, fziki şəxs Ehtimad Hüseynova məxsus 20№-li mağazadakı seyfdən 850 (səkkiz yüz əlli) manat oğurlayıb qaçarkan, Bakı şəhər, Nərimanov rayon sakinləri 1990-cı il təvəllüdlü Qarayev Ümid Adil oğlu və 1987-ci il təvəllüdlü Əhmədov Zərbalı Şakir oğlunu yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ 10-cu PB-yə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cü PB-də araşdırma aparılır.

Arxiv

24/

12/16