MƏLUMAT

28.12.2016-cı il tarixdə saat 22:00 radələrində Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Ü.Hacıbəyov küçəsində, Hökümət evinin qarşısında, Rusiya Federasiyası Tatarstan Respublikası Niberjin şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yaşayan, 1994-cü il təvəllüdlü Məmmədov Elnur Məzahir oğlunu şübhəli şəxs qismində saxlayaraq ərazi üzrə 39-cu Polis Bölməsinə təhvil vermişlər. Polis Bölməsində aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, E.Məmmədov 24.12.2016-cı il tarixdə saat 00:45 radələrində Suraxanı rayonu, Ramana qəsəbəsi, 16 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında, Meşəlik adlanan ərazidə, Tovuz rayonunda anadan olmuş, Ramana qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Əmirov Elşən Teymur oğlunu bıçaqlayaraq qətlə yetirmişdir. Faktla bağlı Suraxanı RPİ-nin 31-ci PB-də araşdirma aparılır.

Arxiv

30/

12/16