MƏLUMAT

29.12.2016-cı il tarixdə saat 22:30 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxs Xəqani İbrahimova məxsus “Ayxan” marketdən müxtəlif çeşidli məişət və geyim əşyalarını oğurlamağa cəhd göstərən, Zaqatala rayonunun Göyəm kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küşəsində yaşayan, 1978-ci il təvəllüdlü Hacıyev Natiq Sabir oğlunu Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə 15-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

Arxiv

01/

01/17