MƏLUMAT

10.02.2017-ci il tarixdə gecənin ikinci yarısı saat 04:34 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Şınıx” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektin giriş qapısının açıq olduğunu aşkar etmişlər. Obyektə baxış zamanı marketin daxilində oğurluğa cəhd edən əlində bıçaq olan, (sonradan şəxsiyyəti müəyyən edilmiş) Masallı Rayonun Türkoba kəndində anadan olmuş, Paytaxtın Sabunçu qəsəbəsində kirayəşin yaşayan əvvəllər məhkum olunmuş, 1999-cu il təvəllüdlü Elçin İkram oğlu Xəlilov saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 12-ci Polis Bölməsinə təhvil verilmişdir. RPİ-də E.Xəlilovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun fevralin 8-nə keçən gecə Sabunçu qəsəbə sakini Mürvət Nəsibova məxsus mağazadan 30 manat pul və tütün məmulatı, fevralın 10-u saat 03 radələrində Zabrat qəsəbəsinin ərazisində, qəsəbə sakinləri Fazil İbrahimova məxsus mağazadan 120 manat pul və təmir-tikinti alətləri, Roman Malyunkinə məxsus telefon təmiri məntəqəsindən müxtəlif markalı 6 ədəd mobil telefon oğurlaması müəyyən edilmişdir. Faktla bağlı araşdırma davam etdirilir.

Arxiv

11/

02/17