MƏLUMAT

10.02.2017-ci il tarixdə saat 20:30 radələrində, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yerləşən “Home” marketin qarşısında Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Samirə Səmədovaya məxsus əl çantasını oğurlayıb qaçmaq istəyərkən (içərisində 1 ədəd “İPHONE” markalı, 1 ədəd ”LG” markalı mobil telefon və 55 manat pul) Xətai rayonu ərazisində qeydiyyatda olan 1989-cu il təvəllüdlü Hüseynov Nicat Fərqəçi oğlu çox uzağa gedə bilməmişdir. Belə ki, ərazidə olan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşı N.Hüseynovu yaxalayaraq ərazi üzrə 34-cü Polis Bölməsinə təhvil vermişdir. Faktla bağlı Xətai RPİ-nin 34-cü PB-də araşdırma aparılır.

Arxiv

11/

02/17