MƏLUMAT

15.03.2017-ci il tarixdə saat 17:30 radələrində Xətai rayonu, Sarayevo küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, “Bazarstore” marketdən ümumi dəyəri 32 manat olan ərzaq məhsulları oğurlayarkən, Nərimanov rayon sakini, 1977-ci il təvəllüdlü Əliyev Taleh Nazim oğlunu Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə 34-cü Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılır.

Arxiv

16/

03/17