MƏLUMAT

16.03.2017-ci il tarixdə gecənin ikinci yarısı saat 04:44 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Vita Aptekləri” MMC-yə məxsus aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış keçirərkən oğurluq məqsədi ilə giriş qapısına müdaxilə olunduğunu aşkar etmişlər. Obyektin daxilində kassadan olan pulları (77 manat) oğurlayıb qaçmaq istəyərkən (sonradan şəxsiyyətləri müəyyən edilmiş) Zaqatala rayonunda anadan olmuş, 2000-ci il təvəllüdlü Bədəlov Əlisahib Aslan oğlu və Ukrayna Respublikasında anadan olmuş, 2002-ci il təvəllüdlü Mirasnoçenko Andrey Pavlikoviç saxlanılaraq ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilmişlər. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılır.

Arxiv

17/

03/17