MƏLUMAT

13.06.2017-ci il tarixdə saat 06:55 radələrində Bakı şəhəri, A.Mustafayev küçəsi-66 ünvanın qarşısında yerləşən körpüdə quraşdırılmış dəmir barmaqlıqların üzərində olan 4 ədəd ulduz şəklində dəmir aksesuarları oğurluq məqsədi ilə sökərkən Kürdəmir rayon sakini 1964-cü il təvəllüdlü Yusifli İsmət Əliabbas oğlunu ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq 20-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi RPİ-nin 20-ci Polis Bölməsində araşdırma aparılır.

Arxiv

15/

06/17