MƏLUMAT

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən dövlət və özəl mülkiyyətə məxsus obyektlərin hüquqa zidd əməllərdən etibarlı qorunması təmin edilir. Eyni zamanda vətəndaş mənzillərinin, silah-sursat və digər əmlak saxlanılan obyektlərin texniki vasitələrin köməyi ilə mərkəzləşdirilmiş qaydada mühafizəsi təşkil olunur. Mərkəzləşdirilmiş Mühafizə Məntəqələrinin (MMM) köməyi ilə cinayətkarlıqla mübarizə özünü doğrultduğundan bu sahəyə diqqət daha da artırılmışdır. Hal-hazırda Bakı şəhəridə daxil olmaqla respublikanın 41 şəhər və rayonunda siqnalizasiya sistemlərinin tətbiqi ilə obyektlərin və mənzillərin MMM vasitəsilə mühafizəyə götürülməsinə şərait yaradılmış nəticədə cari ilin birinci rübündə müqavilə əsasındə mühafizə olunan obyekt və mənzillərdən daxil olmuş “həyəcan” siqnallarına əsasən 214 cinayət hadisəsinin qarşısı alınmış və vətəndaşlara heç bir ziyan dəyməmişdir. Mənzillərdən edilən oğurluqların qarşısının alınması məqsədi ilə Baş Mühafizə İdarəsi mənzillərə mühafizə siqnalizasiyası avadanlıqlarının quraşdırılması işlərini 01.05.2018-ci il tarixdən 01.06.2018-ci il tarixə kimi öz vəsaiti hesabına həyata keçirir. Göstərilən mühafizə xidmətindən istifadə etmək arzusunda olan vətəndaşlar ərazi üzrə mühafizə hissələrinə və polis sahə müvəkillərinə müraciət edə bilərlər. Əlaqə telefonları: 594-44-04, 91-01-Çağrı mərkəzi.

Arxiv

11/

05/18