MƏLUMAT

12 may 2018-ci il tarixdə gecənin ikinci yarısı saat 04-32-də Gəncə şəhəri, H.Əliyev prospekti 93 ünvanda yerləşən, xüsusi texniki vasitələrlə qorunan fiziki şəxsə məxsus “Ucuzluq” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxs tərəfindən sındırıldığı və mağazanın kassasından oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və maddi subutla birlikdə (kassadan oğurladığı 450 manatla) ərazi üzrə Kəpəz RPİ-yə təhvil verilmişdir. Polis İdarəsində saxlanılan şəxsin şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, həmin şəxs Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Pənahov Sərdar Qabil oğludur. S.Pənahovun başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Gəncə ŞBPİ-nin Kəpəz RPİ-də araşdırma aparılır.

Arxiv

12/

05/18