Mühafizə polisi haqqında

Baş Mühafizə İdarəsi müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi və təhlükəsizlik işini təşkil edən, mühafizə xidmətlərinə görə müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan müstəqil struktur hissədir. 

Baş İdarənin strukturuna Təşkilati-inspektor idarəsi, Xidmət şöbəsi, Mühafizənin texniki vasitələri şöbəsi, Kadrlar şöbəsi, Maliyyə-plan şöbəsi, Maddi-texniki təchizat şöbəsi, Baş idarənin inzibati binasının mühafizəsi bölməsi, Növbətçi hissələri idarəetmə xidməti, Katiblik, Şəxsi heyətlə iş üzrə qrup, Kompüterləşmiş mərkəzi mühafizə məntəqəsi, İdman kompleksi daxildir.

Baş İdarənin əsas vəzifələri aşağıdakılardır:

  • müqavilələr əsasında mülkiyyətçilərin əmlakının və təhlükəsizliyinin mühafizəsi işini təşkil etmək;
  • mühafizə xidmətinin təkmilləşdirilməsi və mühafizə hissələrinin öz xərclərini ödəməsi üçün tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
  • obyektlərin siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarətin həyata keçirilməsini, onların istismara qəbul olunmasını, təmirini və texniki xidmətini təmin etmək;
  • hüquqi və fiziki şəxslərin əmlakının hüquqazidd əməllərdən qorunmasını təşkil etmək, bu məqsədlə mühafizəyə götürülən əmlakın siqnalizasiya vasitələri ilə təchiz edilməsi üzrə tədbirlər həyata keçirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;
>>>

Xəbərlər


19/

04/19

MƏLUMAT

18.04.2019-cu il tarixdə saat 19:30 radələrində Xətai rayonu, Babək prospektində yerləşən, fiziki şəxsə məxsus, avtomaşınlarin diski-təkər satışı mağazasindan ümumi dəyəri 1000 (min) manat olan iki ədəd diskləri oğurlayıb qaçarkən Paytaxt sakini, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş,1966-cı il təvəllüdlü Babayev Etibar Xasməmməd oğlu həmin ərazidə xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə təhvil verilmişdir.Faktla bağlı Xətai RPİ-nin 34-cü PŞ-də araşdırma aparılır.

08/

04/19

MƏLUMAT

07.04.2019-cu il tarixdə saat 05:50 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun N. Əliyev küçəsində yerləşən 13, 23, 26 və 38 saylı binaların həyətlərində park olunmuş sakinlərə məxsus altı ədəd “Mersedes” markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə 1000 manat pul və müxtəlif bank kartlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, 1996-cı il təvəllüdlü Qasımzadə Nicat Sadiq oğlunu Xocali prospektində saxlayaraq ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. N.Qasımzadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini 2001-ıi il təvəllüdlü Ceyhun Səxavət oğlu Abbasovla birgə aprelin 7-nə keçən gecə N.Əliyev küçəsi, 28 saylı binanın qarşısinda vətəndaşlara məxsus 2 ədəd “Mersedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri, habelə S.Vəzirov küçəsində yerləşən 14 və 22 saylı binaların qarşısında park olunmuş vətəndaşlara məxsus “Toyota” və “Mersedes” markali avtomobillərdən də eyni üsulla pul oğurlamaları müəyyən edilmişdir. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.
Arxiv