Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən oğurluq etmək istəyən şəxs zərərsizləşdirildi

12.06.2024 16:00

Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Binəqədi qəsəbəsi, DSK yolu 1-ci mədən ünvanda yerləşən Sumqayıt şəhər sakini, 22.06.1988-ci il təvəllüdlü Fərəcov Tural Namiq oğluna məxsus bir mərtəbəli həyət evindən MMM-ə daxil olmuş “həyəcan” siqnalı yoxlanılarkən oğurluq məqsədi ilə elektrik naqillərini kəsərək evə daxil olmaq istəyən Balakən rayonu, Tulu kənd sakini, əvvəllər (AR CM 177.1, 177.1(29)) məhkum olunmuş, 01.10.1983-cü il təvəllüdlü Qaracayev Ədalət  Əmrah oğlu saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilmişdir. 

Digər Xəbərlər