Vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilir
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin tabeliyində olan mühafizə hissələrində sıravi və kiçik rəis heyəti vəzifələrinə vakant yerlərə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 26-dək, Bakı, Sumqayıt, Abşeron mühafizə hissələrində boy həddi 178 santimetr, digər mühafizə hissələrində isə 180 santimetr və ondan hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Ali təhsilli və kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkdir.
İştirak etmək istəyən şəxslər e-polis tətbiqi vasitəsi ilə elektron ərizə formasını dolduraraq Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012)590-66-67
