Gecə klubunda bıçaqlanma
25.10.2023
16:00
03.10.2023-cü il tarixdə saat 00:09-da Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Palermo” gecə klubundan Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalı yoxlanılarkən mübahisə zəminində vətəndaşın qarın nahiyəsinə bıçaqla xəsarət yetirmiş şəxs Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tərksilah edilərək sonraki araşdırmalar aparılması ərazi üzrə Polis Orqanına təhvil verilmişdir.