Struktur
Mühafizə Xidməti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsini təşkil edən, ölkə ərazisində yerləşən xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin, habelə diplomatik immuniteti olan şəxslərin təhlükəsizliyinin təmin olunmasında iştirak edən müstəqil struktur hissəsidir.
Mühafizə Xidməti Daxili İşlər Nazirliyinin yeganə strukturudur ki, fəaliyyətini özünümaliyyələşdirmə prinsipi ilə həyata keçirir və mülkiyyətçilərlə müqavilə əsasında mühafizə xidmətlərinin göstərilməsi müqabilində alınan vəsaitlər hesabına saxlanılır.
Baş Mühafizə İdarəsinin hissələri Azərbaycanın bütün şəhər və rayonlarında fəaliyyət göstərir. Hazırda İdarənin tərkibinə 1 Polis alayı, 14 Mühafizə idarəsi, 19 şöbə və 17 bölmə daxildir.Eyni zamanda Abşeron Rayon Mühafizə İdarəsinin tərkibində Bağ Massivlərinin Mühafizəsi Bölməsi də daxildir.
Baş Mühafizə İdarəsinin strukturuna aşağıdakı qurumlar daxildir:
- Katiblik;
- Təşkilati-inspektor şöbəsi;
- Xidmətin təşkili şöbəsi;
- Texniki vasitələr şöbəsi;
- Kadrlar şöbəsi;
- Maliyyə-plan şöbəsi.
- Maddi-texniki təchizat şöbəsi;
- Növbətçi hissələri idarəetmə xidməti;