Mərkəzləşdirilmiş mühafizə mərkəzinin tətbiqi yolu ilə mühafizə

Əmlakın qorunmasının (həm cinayətkarların müdaxiləsindən, həm də ki, yanğınlardan) təmin edilməsinin bu metodundan bir-birindən kifayət qədər uzaqlıqda yerləşən çoxlu sayda müxtəlif obyektlərə xidmət zamanı ideal şəkildə istifadə edilə bilər. Belə obyektlər isə, həm mənzillər, həm xüsusi mülklər, həm ofislər, həm də mağazalar və anbarlar və s. ola bilərlər.

Mühafizə olunan ərazidə və yaxud da ki, sahədə olan vəziyyət barədə məlumatın toplanması avtomatik müşahidə sistemləri vasitəsilə həyata keçirilir. Hər hansı fövqəladə vəziyyət yarandığı zaman belə sistemlər Mərkəzləşdirilmiş Mühafizə Mərkəzinə həyəcan siqnalı ötürürlər. Mərkəzdə olan mütəxəssislər isə elə həmin andaca bu siqnala reaksiya verir və yaranmış vəziyyəti təhlil edərək tədbirlər görürlər.

Mühafizənin belə növünün şəksiz üstünlüyü vardır. Çünki, müasir texniki vasitələrin “hissiyatı” o dərəcədə yüksəkdir ki, onlar obyektdə baş verən ən cüzi dəyişiklikləri belə qeydə ala bilirlər. Avtomatika ən xəfif xışıltıya, cırıltıya, kənardan sıxılan şüşənin səsinə reaksiya verir. Əlbəttə ki, avtomatik cihazların belə məziyyətləri onlara fiziki mühafizəyə nisbətən böyük üstünlük verir. Bütün bunlardan da başqa, avtomatların tətbiqi zamanı vəziyyətin monitorinqi fasiləsiz şəkildə aparılır və “insan faktorunun” yaranması ehtimalı istisna edilir.