YARASA-INFORMER

     Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin maddi-texniki bazası ən yüksək səviyyəli mühafizə xidmətləri təqdim etmək üçün bütün zərurı ləvazimat və avadanlıqlara malikdir. İdarə avto-moto- nəqliyyat parkı, rabitə və siqnalizasiya vasitələri, silah – sursatla, həmçinin müdafiə vasitələri və avadanlıqları ilə tam şəkildə təchiz edilmişdir.
Baş Mühafizə İdarəsinin öz işində istifadə etdiyi mühafizə siqnalizasiyası sistemləri də diqqəti cəlb edirlər. 1999-cu ildən etibarən Baş Mühafizə İdarəsi “Yarasa” şirkəti ilə əməkdaşlıq edir və şirkətin BMİ ilə müştərək işinin nəticəsi olaraq “YARASA-INFORMER” məlumat-texniki xidməti yaradılmışdır. “YARASA-İNFORMER” xidmətinin qarşısında duran vəzifə isə mühafizə olunan obyektlər üzərində sutkanın 24 saatı ərzində mərkəzləşdirilmiş qaydada müşahidə aparmaqdır.
“YARASA-INFORMER” xidmətinin işində istifadə olunan, ABŞ-da istehsal edilmiş texniki vasitələrə məxsusi olaraq etibar edilmənin mənbəyi - onun həmin ölkənin hərbi-sənaye kompleksinin ehtiyacları üçün istehsal edilməsindən, yəni ən yüksək dərəcədə etibarlılığa malik olmasından qaynaqlanır.
Mühafizə olunan obyektə kənar şəxslərin müdaxiləsi zamanı, burada quraşdırılmış siqnalizasiya sistemlərindən Mərkəzləşdirilmiş Mühafizə Məntəqəsinə (MMM) eyni zamanda iki kanalla - radio və telefon kanal vasitəsilə məlumat (həyacan siqnalı) daxil olur. Məlumat dərhal ərazidə xidmət aparan xüsusi vasitələrlə təchiz olunmuş polis naryadlarına ötürülür. “Həyəcan siqnalı”nın MMM-ə daxil olmasından Mühafizə xidmətinin əməkdaşlarının hadisə yerinə gəlmələrinə qədər olan vaxt adətən beş dəqiqədən artıq çəkmir ki, bu da qəbul edilmiş beynəlxalq normativlərə uyğundur.
Göstərilən xidmətlərin keyfiyyətinin dövlət standartı - Baş Mühafizə İdarəsini özəl mühafizə xidmətlərindən fərqləndirən başlıca xüsusiyyətdir.
Yarım əsrdən artıq tarixə və zəngin iş təcrübəsinə malik olan DİN-in Baş Mühafizə İdarəsi özəl mühafizə xidmətindən fərqli olaraq, baş verə biləcək hadisələr nəticəsində mülkiyyətçilərə dəymiş maddi ziyanın ödənilməsinə təminat verir.

Mühafizə xidmətini özəl qurumlardan fərqləndirən digər əsas cəhətlərdən biri də onun mülkiyyətçinin əmlakının mühafizəsini silahlı təmin etməsidir.

 

2013-cü ildə digər  sahələrdə olduğu kimi İnformasiya-texnologiyaları sahəsində müsbət nəticələrin əldə edilməsi və onun uğurlu inkişafı ilə əlamətdar olmuşdur.İnformasiya-texnologiyalarının inkişafı üzrə Daxili İşlər Nazirliyində də yüksək nəticələr əldə edilmiş, Baş Mühafizə İdarəsi tərəfindən isə dövlət və özəl mülkiyyətə, o cümlədən maddi rifahı artan vətəndaşlara məxsus əmlakın mühafizəsində mühüm amillərdən olan siqnalizasiya sistemlərinin tətbiqinə, Mərkəzi Mühafizə Məntəqələrinin fəaliyyətinin genişləndirilməsinə xüsus əhəmiyyət verilmiş, digər şəhər və rayonlarda radiokanal mühafizə sisteminin tətbiqi ilə MMM-lərin yaradılması üçün zəruri tədbirlər davam etdirilmiş, bu sahədə maksimum nəticələr əldə olunmuşdur.

Mühafizə xidmətinin əsas göstəricilərindən sayılan oğurluğun qarşısının alınması faktı üzrə texniki xidmət sahəsinin fəaliyyəti 2013-cü ildə qənaətbəxş olmuşdur.Belə ki, 96 obyektdə, o cümlədən 3 mənzildə siqnalizasiya sistemlərinin səlist işləməsi nəticəsində oğurluğun qarşısı alınmış, bu zaman 13 fakt üzrə 18 nəfər oğurluğa cəhd edən şəxs yaxalanaraq ərazi polis orqanlarına təhvil verilmişdir.Həmçinin, siqnalizasiya sistemlərinin köməyi ilə mühafizə olunan 5 obyektdə yanğın hadisələrinin qarşısı alınmışdır.

2013-cü ildə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Respublika üzrə Mərkəzi Mühafizə Məntəqələrinin perspektiv inkişaf Planı” əsasında monitorinqlər aparmaqla Respublikanın Tovuz, Zaqatala, Salyan, İmişli rayonlarında radokanal mühafizə sisteminin tətbiqi ilə Mərkəzi Mühafizə Məntəqələrinin yaradılması işi yekunlaşdırılmış, Astara, Xaçmaz, Qusar, Göygöl, Daşkəsən, Şəmkir, Bərdə, Tərtər, Goranboy, Naftalan, Saatlı, Sabirabad, Beyləqan, Ucar, Ağdaş, Ağstafa, Qazax, Balakən, Neftçala rayonlarında ötürücü retranslyatorların quraşdırılması ilə inzibati ərazi bölgüsü üzrə Lənkəran, Quba, Gəncə, Mingəçevir, İmişli, Göyçay, Tovuz, Zaqatala və Salyan rayonlarında fəaliyyət göstərən məntəqələrlə əlaqələndirilməsi təmin edilmişdir.Beləliklə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxil olmaqla ümumilikdə 12 Regional Mərkəzi Mühafizə Məntəqələri vasitəsi ilə paytaxtla birlikdə Respublikanın aşağıda göstərilən 34 şəhər və rayonunda obyekt və mənzillərə texniki vasitələrin köməyi ilə mühafizə xidmətilərinin göstərilməsinə şərait yaradılmışdır.


Bakı

Sumqayıt

Abşeron

Ağdaş

Ağstafa

Astara

Balakən

Beyləqan

Bərdə

Daşkasən

Gəncə

Göyçay

Göygöl

Goranboy

Xaçmaz

İmişli

Qazax

Quba

Qusar

Lənkəran

Mingəçevir

Naftalan

Neftçala

Saatlı

Sabirabad

Salyan

Şəki

Şəmkir

Şirvan

Tərtər

Tovuz

Yevlax

Ucar

Zaqatala

 


Eyni zamanda 2013-cü il ərzində görülmüş tədbirlər nəticəsində 1173 obyekt və 1088 mənzilin siqnalizasiya sistemləri ilə təchiz edilərək Mərkəzi Mühafizə Məntəqələrinə qoşulması təşkil edilmişdir.Ümumilikdə obyekt və mənzillərin texniki vasitələrin köməyi ilə mühafizə xidmətinə qəbulu sahəsində bütün mühafizə hissələrində artım müşahidə olunmuşdur.Nəticədə ötən ilin əvvəli ilə müqayisədə Mərkəzi Mühafizə Məntəqələrinə qoşulmuş ümumi obyektlərin sayı 1777 vahid artaraq 6177, o cümlədən mənzillərin sayı 1007 vahid artaraq 2277 olmuşdur.