20.02.2018-ci il tarixdə saat 22:20 radələrində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları, Masazır qəsəbəsi, Zəngilan qaçqın şəhərciyinin yaxınlığında, qorunan neft kəmərlərinin ərazisində uzunluğu 10 metr, diametri 1000 mm olan metal borunu “Man” markalı manipulyator vasitəsilə oğurlamağa cəhd göstərmiş Naxçıvan MR, Culfa rayon sakinləri 1978-ci il təvəllüdlü Mustafayev Əkrəm Nəriman oğlu və 1999-cu il təvəllüdlü Məhərrəmov Qurban İlqar oğlunu saxlayaraq sonrakı araşdırmaların aparılması ilə bağlı Abşeron RPİ-yə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
22/
18.02.2018-ci il tarixdə Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları, Binəqədi rayonunda yerləşən Vulkan dağ adlı əraziyə AZ 10 U 997 №-li traktoru və AZ 99 DA 342 №-li "DAF" markalı qoşqulu daşıyıcı salaraq (qazıntı işləri aparılması üçün) "AZƏRSU" ASC-yə məxsus 1400 diametri olan borunu oğurlamağa cəhd göstərmiş Məmmədov Ramil Elxan oğlu və Şəki rayon Baltalı kənd sakini Cəfərov Anar Şirzad oğlunu saxlayaraq Binəqədi RPİ-nin 4-cü PB-nə təhvil vermişlər. Faktla bağlı Binəqədi RPİ-nin 4-cü PB-də araşdırma qpqrılır.
19/
16.02.2018-ci il tarixdə Nizami Rayon Mühafizə İdarəsinin əməkadşları, rayonun Bəhruz Nuriyev küçəsində yerləşən "Qrand Mart" super marketden MMM-ə daxil olmuş "həyəcan" siqnalını yoxlayarkən, oradan oğurluq edən Məmmədov Samir Saməddin oğlunu saxlayaraq Nizami RPİ-nin 24-cü PB-yə təhvil vermişlər. Faktla bağlı Nizami RPİ-nin 24-cü PB-də araşdırma aparılır.
16/
15.02.2018-ci il tarixdə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində yerləşən, qorunan "Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində"(ASAN) işləyən Rüstəmov Şaiq Hüseynxan oğluna məxsus "Samsung" markalı telefonu oğurlamış Kərimov İlham Müslüm oğlu həmin idarənin kamera müşahidə qurğularının vasitəsilə hadisəni törədməsi təsdiq edilərək, maddi sübutla birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə təhvil verilmişdir. Faktla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-də araşdırma aparılır.
09.02.2018-ci il tarixdə saat 03:49-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən, “Viva Desert” MMC-yə məxsus “Viva” şirniyyat evindən Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış zamanı şirniyyat evinin qapısının naməlum şəxslər tərəfindən sındırıldığını və oğurluq edildiyini müəyyənləşdiriblər. Həmin cinayəti törətməkdə şübhəli bilinən, yetkinlik yaşına çatmayan 2 nəfər hadisə yerindən qaçmaq istəyərkən saxlanılaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil verilib. Onların üzərlərinə baxış keçirilən zaman oğurladıqları bir ədəd “Lenova Tab2 A-10-30” markalı planşet və “Ergo” markalı mobil telefon aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı yetkinlik yaşına çatmayan bu şəxslərin tutulana qədər elə həmin gecə Sabunçu və Nizami rayonları ərazisindən ümumilikdə 4 geyim dükanı, mağaza və daha bir şirniyyat evindən oğurluq etdikləri məlum olub. Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri oğurluqlar həmin obyektlərin Video müşahidə kameraları tərəfindən də qeydə alınıb. Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.
10/
01.02.2018-ci il tarixdə gecənin ikinci yarısı, saat 04:40 radələrində, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, fiziki şəxsə məxsus, “Nabran” ərzaq mağazasından Regional Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə göndərilən Xaçmaz Rayon Mühafizə Bölməsinin əməkdaşları, mağazadan bir ədəd dəyəri 47 manat olan “Jask Daniels” viski işkisi oğurlayıb qaçarkən, Köhnə Xaçmaz kənd sakini, əvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Qəribov Nahid Mirbaba oğlunu maddi subutla yaxalayaraq ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
01/
30.01.2018-ci il tarixdə saat 00:50 radələrində, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxsə məxsus, qorunmayan “Çinar” elektrik avadanlığı mağazasının vitrin şüşəsini sındıraraq oğurluğa cəhd edən, rayonun Yergüc kənd sakini, 1997-ci il təvəllüdlü Balacayev Tofiq Nofəl oğlunu ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Bölməsinin əməkdaşları saxlayaraq sonrakı araşdırmaların aparılması üçün Xaçmaz RPŞ-yə təhvil vermişlər.
31/
26.01.2018-ci il tarixdə saat 19:27 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən, rayonun ərazisində yerləşən, qorunan “Meqastore” mağazasına məxsus ofisdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalının səbəbi yoxlanılarkən, orada kassir işləyən Xətai rayonu ərazisində yaşayan 2001-ci il təvəllüdlü Nəbiyeva Röya İslam qızı, tanışı Suraxanı rayonu ərazisində yaşayan 1993-cü il təvəllüdlü Bayramlı Vasif Yaşar oğlu ilə birgə bonus kartları vasitəsi ilə ümumi dəyəri 5700 manat olan müxtəlif növ ərzaq məhsullarını oğurlamaqda şübhəli bilindiklərinə görə obyektin mülkiyyətçisinin şikayətinə əsasən saxlanılmışlar və sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 36-cı Polis Bölməsinə təhvil verilmişlər. Faktla bağlı Xətai RPİ-nin 36-cı PB-də araşdırma aparılır.
27/
26.01.2018-ci il tarixdə Tovuz Rayon Polis Şöbəsi ilə Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri zamanı, 05 dekabr 2017-ci il tarixdən 06 dekabr 2017-ci il tarixə keçən gecə rayonun Duz Çirdaxan kəndində yerləşən M.Mehdiyevə məxsus çayxanadan 1300 manat dəyərində olan bir ədəd 106 dioqanallı “Beko” markalı televizoru oğurlayan Tovuz şəhər sakini 1997-ci il təvəllüdlü Zeyniyev Sultan İlham oğlunun olması müəyyən edilmiş və oğurlanmış televizor satdığı şəxsin evindən maddi subut kimi götürülmüşdür. Təqsirləndirilən S.Zeyniyev başqa xarakterli cinayət törətdiyi üçün hal-hazırda Gəncə 2 saylı istintaq təcridxanasında həbsdədir.
26.01.2018-ci il tarixdə saat 03:00 radələrində, Siyəzən Regional Mühafizə Şöbəsinin əməkdaşları, Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən dayanacağın dəmir konstruksiyasının üzərində quraşdırılmış 1 ədəd çəkisi 8 kq olan metal bəzək əşyasını söküb oğurlamağa cəhd göstərmiş, Şabran şəhər sakini, əvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Əhmədov Zohrab Hqseynağa oğlunu saxlayaraq ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.
26/