Xəbərlər arxivi
MƏLUMAT
16.10.2017-ci il tarixdə saat 17:30 radələrində Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları “Azərsu” ASC-yə məxsus qorunan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, “Azersun” yağ emalı zavodunun yaxınlığında mühafizə zolağına yaxın ərazidə top mərmisi aşkar edərək bu barədə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə və “ANAMA” agentliyinə məlumat vermişlər. Əraziyə gəlmiş agentliyin əməkdaşları tərəfindən 49 ədəd sursat, o cümlədən 37 ədəd müxtəlif çaplı top mərmiləri (1 ədəd OF-26, 7 ədəd BF-18M, 6 ədəd OF-462, 1 ədəd A-1, 10 ədəd S-1, 1 ədəd BF-412, 3 ədəd OF-412, 2 ədəd O-367, 2 ədəd BM-6, 4 ədəd OF-350, 3 ədəd minaatan mərmisi (OF-832), 7 ədəd raket ( 1 ədəd OQ-9, 6 ədəd QG-9), 1 ədəd qumbara (PQ-2), 1 ədəd partladıcı (AK-6) torpaqdan çıxarılaraq zərərsizləşdirilməsi üçün partlayış meydançasına aparılmışdır.