Xəbərlər arxivi
MƏLUMAT
12.09.2017-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin və Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, Lökbatan qəsəbəsinin ərazisində, vətəndaş Rəsul Əliyevə məxsus avtomobildən oğurluq etməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Zəkiyev Hikmət Tacir oğlu saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilmişdir. Bölmədə, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, H.Zəkiyev Qaradağ rayonu ərazisində vətəndaş N.Həsənova məxsus avtomobildən içərisində xidməti, şəxsiyyət və sürücülük vəsiqələri, bankomat kartı və digər sənədlər olan pul kisəsini, vətəndaşlar E.Şükürova, A.Muradova, İ.Məmmədova, N.Sadıqova, R.Cahangirova və C.Fətullayevə məxsus avtomobillərdən maqnitofon, akkumulyator, həmçinin vət; T.Tahirovaya məxsus evdən 500 manat pul oğurlaması müəyyən edilmişdir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.