18.08.2017-ci il tarixdə saat 03:45 radələrində, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxsə məxsus, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Ərzaq malları” mağazasının nəfəsliyindən oğurluq məqsədilə içəri daxil olmaq istəyərkən, Şabran şəhər sakini, 1996-cı il təvəllüdlü Bədirov Murad Cəfər oğlunu Xaçmaz Rayon Mühafizə Bölməsinin əməkdaşları saxlayaraq sonrakı araşdırmaların aparılması üçün Xaçmaz RPŞ-yə təhvil vermişlər. Faktla bağlı Xaşmaz RPŞ-də araşdırma aparılır.
19/
10.08.2017-ci il tarixdə saat 03:33-də Səbail rayonu, Qurban Abbasov küşəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, “Vita” aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları aptekin pəncərə şüşəsinin sındırıldığını aşkar etmişlər. Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs hadisə yerindən qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılaraq ərazi üzrə 8-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə aptekdən oğurluğa cəhd edən şəxsin Neftçala rayon sakini, 1997-ci il təvəllüdlü Qalib Rəhbər oğlu Abdullayev olduğu müəyyən edilib. Onun üzərindən obyektin pəncərəsini qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Saxlanılan şəxsin obyektin pəncərəsini sındırdığı anlar video müşahidə kameraları vasitəsilə də lentə alınıb. Faktla bağli Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.
11/
04.08.2017-ci il tarixdə saat 13:00 radələrində, Lökbatan qəsəbəsində yerləşən, “Binə” Ticarət Mərkəzində, vətəndaş Valeh Xıdırova məxsus, sellofana bükülmüş 6 cüt qadın sabolarını oğurlayıb qaçarkən, Şirvan şəhər sakini, əvəllər AR CM-nin 177.2.2 və 234.1 maddələri ilə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Məmmədov İxtiyar Fərrman oğlunu, həmin ərazidə xidmət aparan Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşları yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.
05/
28.07.2017-ci il tarixdə saat 03:30-də Nərimanov rayonun, H.Əliyev prospektində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, “İdeal-Doktor” aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları aptekin giriş qapısına müdaxilə olunduğunu aşkar etmişlər. Həmin ərazidə şübhəli şəxs qismində Ağsu rayon sakini, 2000-ci il təvəllüdlü Bədəlov Əlisahib Aslan oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 16-cı Polis Bölməsinə təhvil vermişlər. Müşahidə kameralarına baxış keçirilən zaman Ə.Bədəlovun həmin obyektə müdaxilə etdiyi təsdiq olunmuşdur. Faktla bağli Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində araşdırma aparılır.
31/
30.07.2017-ci il tarixdə saat 16:00 radələrində, Lökbatan qəsəbəsində yerləşən, “Sədərək” ticarət mərkəzində, bir qrup şəxs qarşılıqlı xuliqanlıq hərəkətləri etdiklərinə görə ƏÇPA-nın və Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə saxlanılaraq ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil verilmişdir. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.
28.07.2017-ci il tarixdə saat 17:10 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Babək prospektində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Bazarstore” marketdən ümumi dəyəri 50 (əlli) manat olan müxtəlif növ ərzaq mallarını oğurlamağa cəhd göstərən, Qubadlı rayonunda anadan olmuş, hal-hazırda Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan, 1985-ci il təvəllüdlü Aslanov Seymur Əbdüləzim oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 37-ci Polis Bölməsinə təhvil vermişlər. Polis Bölməsində S.Aslanovun mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarışda olduğu müəyyən edilmişdir. Faktla bağli Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində araşdırma aparılır.
29/
22.07.2017-ci il tarixdə saat 03:41-də Mingəçevir Şəhər Mühafizə Şöbəsinin əməkdaşları şəhərin Ş.İ.Xətai küçəsində yerləşən fiziki şəxsə məxsus mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş “5+” supermarketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, marketin daxilində elektrik naqillərinin qısa qapanması nəticəsində yanğın baş verdiyini aşkar etmişlər. Bu barədə dərhal FHN-nin YMX-yə məlumat verilmiş və yanğının qarşısı vaxtında alınmışdır.
24/
11.07.2017-ci il tarixdə saat 16:30 radələrində Şəmkir rayonu Seyfəli kənd ərazisində yerləşən qorunan, Şəmkirçay Su anbarı və Magistral kanalların istismar idarəsinin ərazisinin ışıqlandırılması üçün istifadəyə yararlı olan 55 metr mis kabeli kəsərək oğurlamağa cəhd göstərmiş rayonun Seyfəli kənd sakinləri 1989-cu il təvəllüdlü Məmmədov Elvin Dilqəm oğlu və 2003-cü il təvəllüdlü Muradov Elfəddin Ülfəddin oğlunu həmin ərazidə xidmət aparan Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları saxlayaraq sonrakı araşdırmalar aparılması üçün Şəmkir RPŞ-yə təhvil vermişlər. Faktla bağli Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
11.07.2017-ci il tarixdə saat 05:00 radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları ərazidə xidmət apararkan, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsində yerləşən yaşayış binasının qarşısında otlaq sahədə 7 ədəd sellofon paketə qablaşdırımış müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər, siqaret məmulatları və 1 ədəd videomüşahidə qurğusuna məxsus DVR aşkar etmişlər və əraziyə dəvət olunmuş 13-cü Polis Bölməsinin əməkdaşlarına təhvil vermişlər. Bölmədə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, aşkar olunmuş məhsulların dəyəri 1400 manat məbləğindədir və qeyd olunan ünvanda yerləşən fiziki şəxsə məxsus qorunmayan marketdən oğurlanmışdır. Faktla bağli Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır.
07.07.2017-ci il tarixdə saat 23:58-də Nəsimi rayonu, Mircəlal küçəində yerləşən “Vita” aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, aptekin vitrin şüşəsinin çatladığını aşkar etmişlər və aptekin qarşısinda şübhəli şəxs qismində Qaradağ rayon sakinləri 1987-ci il təvəllüdlü Cabbarov Teymur Tofiq oğlunu və 1985-ci il təvəllüdlü Hacıyev Rusif Firdovsi oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 19-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.
08/