Xəbərlər arxivi
MƏLUMAT
05.06.2017-ci il tarixdə saat 17:14 radələrində Xətai rayonu, M.Hadi küçəsi, ev 2337 ünvanda yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, vətəndaşa məxsus mənzildən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları, mənzilin giriş qapısına müdaxilə edərək içəri daxil olmuş, Baki şəhər sakini, 1951-ci il təvəllüdlü Soltanov Şakir Mirzəbəy oğlu, İsmayıllı rayon sakini, 1984-cü il təvəllüdlü İsmayılov Baxış Ağa oğlu və Naxçıvan MR, Şərur rayon sakini 1984-cü il təvəllüdlü Məmmədov Ərəstun Əbdülağa oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 34-cü Polis Bölməsinə təhvil vermişlər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılır.