Xəbərlər arxivi
MƏLUMAT
04.03.2017-ci il tarixdə saat 20:30 radələrində, Xətai rayonu Sarayevo küçəsi, 12 nömrəli evin qarşısında, İmişli rayonu, Murquzalılı kənd sakini 1989-cu il təvəllüdlü, İmanov Rahim Araz oğlu, Astara rayon sakini, 1996-cı il təvəllüdlü, İlkin Həsənova məxsus Samsunq Grand markalı mobil telefonu danışmaq adı ilə almış, dələduzluq edərək, telefonu qaytarmayaraq hadisə yerindən qaçmaq istəmişdir. Həmin ərazidə xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşı R.İmanovu saxlayaraq ərazi üzrə 34-cü Polis Bölməsinə təhvil vermişdir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılır.