31.01.2017-ci il tarixdə saat 18:35 radələrində Bakı-Sumqayıt şosesinin 12-ci km-də yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxs Habil Rüstəmova məxsus “Almalı” marketdən müxtəlif çeşidli tütün məmulatlarını oğurlamağa cəhd göstərən, Kürdəmir rayonunda anadan olmuş, Abşeron rayonu, Gənclər şəhərciyində yaşayan 1966-cı il təvəllüdlü Fərəcov Vahid Asəf oğlunu Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə Polis İdarəsinə təhvil vermişlər. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
01/
31.01.2017-ci il tarixdə saat 17:30 radələrində, Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lökbatan qəsəbəsinin ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində, vətəndaş Natiq Əsgərova məxsus, ümumi dəyəri 120 manat olan 6 ədəd uşaq örtüyü (ədyal) oğurlamaqda şübhəli bilinən, Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş, 1961-cı il təvəllüdlü Şərifov Məhərrəm Əliqulam oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.
31.01.2017-ci il tarixdə saat 10:20 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxs Xəqani İbrahimova məxsus “Ayxan” marketdən növbəti dəfə oğurluğa cəhd göstərilmişdir. Belə ki, marketdən müxtəlif çeşidli yuyucu məhsulları oğurlayıb qaçmaq istəyərkən, Ramanı qəsəbə sakini 1965-ci il təvəllüdlü Sadıqov Natiq Yavər oğlunu Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə 15-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
28.01.2017-ci il tarixdə saat 22:35 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Bank of Baku” ASC-yə məxsus filialdan Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar etmişlər. Əməkdaşlar obyektin qarşısında olan Suraxanı rayon sakini, 1971-ci il təvəllüdlü Qarayeva Flora Fərhad qızını əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.
30/
28.01.2017-ci il tarixdə saat 00:30 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lökbatan qəsəbəsində yerləşən, qorunan “Meyvəli Bazar” Ticarət Mərkəzində, Göyçay rayon sakini Əli Hüseynova məxsus ümumi dəyəri təxminən 65 (altmış beş) manat olan 14 yeşik xurma oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri, 1979-cu il təvəllüdlü Gözəlov Şahin Mikayıl oğlu və 1981-ci il təvəllüdlü Mirzəyev Əşrəf Firidun oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.
28.01.2017-cb il tarixdə saat 06:30 radələrində Qusar rayonunun İmanqulu kənd sakinləri, 1989-cu il təvəllüdlü Muradov Əgdər Sərdar oğlu və 1993-cü il təvəllüdlü Nurmətov Məhəmməddin Bəhruz oğlu Qusar şəhər avtovağzalının giriş qapısını sındıraraq orada yerləşən fiziki şəxsə məxsus “Çay evi”nin qapı və pəncərələrini sındıraraq oğurluq məqsədilə içəri daxil olmuşlar. Lakin ərazidə xidmət aparan Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları onların bu əməlini həyata keçirməsinə imkan verməyiblər. Mühafizə Polisinin əməkdaşları Ə.Muradov və M.Nurmətovu hadisə yerində yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün Qusar Rayon Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
28/
26.01.2017-ci il tarixdə saat 06:00 radələrində, Xətai rayonu, M.Hadi küçəsi, ev 41 ünvanında yerləşən, qorunmayan, fiziki şəxsə məxsus “Daimoni” ayaqqabı mağazasının giriş qapısının kilidini sındıraraq içəri daxil olub oğurluğa cəhd edən, Xətai Rayon sakini 1998-ci il təvəllüdlü Əlizadə Əli Rövşən oğlu Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən, saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 34-cü Polis Bölməsinə təhvil verilmişdir. Faktla bağlı Xətai RPİ-nin 34-cü PB-də araşdırma aparılır
27/
26.01.2017-ci il tarixdə saat 09:45 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lökbatan qəsəbəsində yerləşən, qorunan “Meyvəli Bazar” Ticarət Mərkəzində, Göyçay rayon sakini Əli Hüseynova məxsus ümumi dəyəri təxminən 75 (yetmiş beş) manat olan 13 yeşik xurma oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Xəlilov Eldar Vahid oğlu və 1968-ci il təvəllüdlü Ağaməmmədov Əlbaba Hacıbala oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.
21.01.2017-cı il tarixdə Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, “Moskva” Ticarət Mərkəzinin qarşısında yerləşən, qızıl zinyət əşyalarının təmiri dükanından 100 qramlıq qızıl məmulatını oğurlayan, Bakı şəhəri, Yasamal rayon sakini, 1999-cu il təvəllüdlü Zeynalov Urşan Azər oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.
26/
16.01.2017-ci il tarixdə saat 14:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxs Xəqani İbrahimova məxsus “Ayxan” marketdən növbəti dəfə oğurluğa cəhd göstərilmişdir. Belə ki, marketdən ümumi dəyəri 100 manat olan tütün və ərzaq məhsullarını oğurlayan Bakı şəhəri, Nəsimi rayon sakini 1967-ci il təvəllüdlü Hüseynov Taleh Vaqif oğlunu Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə 15-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
17/