16.02.2019-cu il tarixdə saat 01:11 radələrində, Nizami rayonu, Əlif Hacıyev küçəsində, park olunmuş, vətəndaşa məxsus “Hyundai” markalı avtomaşının qabaq sağ qapısını bıçaqla açmağa cəhd göstərən, Lənkəran rayonunda qeydiyyatda olan və Nizami rayon ərazisində kirayəşin yaşayan 2001-ci il təvəllüdlü Hacızadə Coşqun İlham oğlunu həmin ərazidə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq maddi subutla birlikdə sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində araşdırma aparılır.
16/
16.02.2019-cu il tarixdə saat 01:01 radələrində, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun C.Məmmədquluzadə küçəsində yerləşən, “Şərab Evi” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən obyektin giriş qapısını açar seçmə yolu ilə açaraq içəri daxil olmuş və oğurluğa cəhd göstərmiş dörd nəfəri maddi subutla (avtorka, kəlbətin, dəmir armatur parçası və qapı kilidlərini açmaq üçün xüsusi düzəldilmiş açar) birlikdə saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırma aparılır.
15.02.2019-cu il tarixdə saat 18:00 radələrində, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən binaların birinin dəhlizindən vətəndaşa məxsus, içərisində inşaat materialları və təmir-tikinti alətləri olan çantanı oğurlayıb qaçarkən Paytaxt sakini 1985-ci il təvəllüdlü Həsənov Anar Nadir oğlu həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil verilmişdir. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırma aparılır.
09.02.2019-cu il tarixdə saat 17:45 radələrində, Nərimanov rayonu ərazisində yerləşən, qorunan “Talasimiya” sağlamlıq mərkəzinin inzibatı binasında istismar olunan videomüşahidə qurğuları ilə oğurluğa cəhd hadisəsi qeydə alınmışdır. Aparılmış araşdırmalarla oğurluğa cəhd göstərmiş Ağstafa rayon sakini 2001-ci il təvəllüdlü Əliyev Ələsgər Ələmdar oğlu Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmış və ərazi üzrə Polis Şöbəsinə təhvil verilmişdir. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.
11/
10.02.2019-cu il tarixdə saat 13:30 radələrində, Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşları, Lökbatan qəsəbəsində yerləşən qorunan “Binə” ticarət mərkəzində, fiziki şəxsə məxsus mağazadan 150 manat dəyərində 1 ədəd “Samsung” və 125 manat dəyərində olan 1 ədəd “Sonifer” markalı tozsoranı oğurlayan, əvvəllər məhkum olunmuş (AR CM 220-ci maddəsi), Gəncə şəhərində qeydiyyatda olan 1980-ci il təvəllüdlü Tağıyev Ramin Nazim oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.
07.02.2019-cu il tarixdə gecənin ikinci yarısı saat 04:22 radələrində, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun H.Seyidzadə küçəsində yerləşən, “Zeytun” apteklər şəbəkəsinə məxsus aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən obyektin giriş qapısını sındıraraq içəriyə daxil olaraq oğurluğa cəhd göstərmiş, əvvəllər məhkum olunmuş Paytaxt sakini 1986-cı il təvəllüdlü Rəşidzadə Anar Adil oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində araşdırma aparılır.
08/
02.02.2019-cu il tarixdə saat 20:55 radələrində, Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun 6-cı mkr; M.Kazımovski küçəsində yerləşən, vətəndaşa məxsus siqnalizasiya sistemləri ilə təchiz olunmuş mənzildən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən mənzilin qarşısında paytaxt sakini əvvəllər məhkum olunmuş, 1989-cü il təvəllüdlü Əsgərov Elşən Xanbala oğlunu şübhəli şəxs qismində saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Polis Bölməsində E.Əsgərovun üzərinə baxış keçirilərkən, 1 ədəd əl fanarı, 1 ədəd vintaçan, 1 ədəd kəlbətin, 2 ədəd şpris, 1 ədəd ampula və kağıza bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Araşdırmalar zamanı onun cari ilin yanvar ayının 25-dən 31-dək olan müddətdə 3 nəfər Bakı şəhər sakinlərinə məxsus velosipedlərin də oğurlaması müəyyən edilmişdir. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.
06/
02.02.2019-cu il tarixdə saat 18:10 radələrində, “28 May” metro ərazisində yerləşən yeraltı “Ticarət Mərkəz”ində fəaliyyət göstərən mağazalardan birindən bir ədəd qadın qış gödəkçəsini oğurlayıb qaçarkən, Paytaxt sakinləri 1993-cü il təvəllüdlü Nəbiyev Rüfət Etibar oğlu və 1985-ci il təvəllüdlü Məmmədov Elçin Ələsgər oğlunu həmin ərazidə xidmət aparan Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə Polis orqanına təhvil vermişlər. Faktla bağlı DYNPİ-də araşdırma aparılır.
28.01.2019-cu il tarixdə saat 13:00 radələrində, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kontakt Home” mağazasından ümumi dəyəri 2600 (iki min altı yüz) manat olan “İbhone Xs Max” markalı mobil telefonu oğurlayıb qaçmaq istəyərkən, Paytaxt sakini 1984-cü il təvəllüdlü Kərimov Zülfü Rauf oğlunu Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşı yaxalayaraq sonraki araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişdir. Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.
31/
23.01.2019-cu il tarixdə saat 21:00 radələrində, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, rayonun Seyfəli kəndi ərazisində yerləşən Şəmkirçay su anbarından 100 metr uzunluğunda olan su borularını oğurlamağa cəhd göstərən, Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Məhəmməd Bəhrəm oğlunu saxlayaraq sonraki araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil vermişdir. Faktla bağlı Şəmkir RPŞ-də araşdırma aparılır.
24/