21.01.2019-cu il tarixdə saat 15:10 radələrində, Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları, qorunan Cənub Elektrik Stansiyanın yaxınlığında yerləşən neft quyusunun borularını dəmir kəsən mişarla kəsib oğurlamağa cəhd göstərən, Şirvan şəhər Çılpaqlı qəsəbə sakinləri, 1995-ci il təvəllüdlü Əzimov Qaraxan Sərraf oğlu və 1994-cü il təvəllüdlü Zərbəliyev Şəmsəddin Elxan oğlunu saxlayaraq maddi subutla birlikdə ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.
22/
15.01.2019-cu il tarixdə, səhərə yaxın saat 06:54 radələrində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən, xüsusi texniki vasitələrin köməyi ilə mühafizə olunan, “Best Telekom” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış keçirərkən oğurluq məqsədi ilə obyektin giriş qapısının qıfılını sındıraraq içəri daxil olmuş Salyan rayon sakini, 1996-cı il təvəllüdlü Cəfərov Teymur Mübariz oğlunu hadisə yerindən qaçmağa cəhd göstərərkən yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.
15/
13.01.2019-cu il tarixdə saat 21:00 radələrində Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları, “Nizami” məqbərəsinin ərazisində istismar olunan su artezian quyusunun dəmir borusunu motoroller tipli nəqliyyat vasitəsinə yükləyib oğurluğa cəhd göstərərkən, Gədəbəy rayon sakinləri 1992-ci il təvəllüdlü Abbasov Eyvaz Zahid oğlu və 1996-cı il təvəllüdlü Abbasov Elməddin İlham oğlunu saxlayaraq sonrakı araşdirmalar aparılması ilə bağlı ərazi üzrə Kəpəz RPİ-nin əməkdaşlarına təhvil vermişlər. Faktla bağlı Gəncə ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.
14/
12.01.2019-cu il tarixdə saat 19:40 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, ”Sədərək” Ticarət Mərkəzində yerləşən, fiziki şəxsə məxsus mağazanın kassasindan 60 (altmış) manat oğurlamağa cəhd göstərmiş. əvvəllər həmin mağazada satıcı kimi işləmiş Paytaxt sakini 1998-ci il təvəllüdlü Şahbazov Xəyyam Xəyal oğlunu saxlayaraq ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.
05.01.2019-cu il tarixdə saat 01:50-də Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Xutor 15-ci sira ünvanında yerləşən, xüsusi texniki vasitələrin köməyi ilə qorunan fiziki şəxsə məxsus “Omid” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Binəqədi Rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı giriş qapısına müdaxilə olunduğunu aşkar etmişlər və bu zaman kassadan 170 manat pulu oğurlamaq istəyən, 2003-cü ildə Yevlax rayonunda anadan olmuş Əliyev Vüqar Firdovsi oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.
06/
01.01.2019-cu il tarixdə saat 22:00 radələrində Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun 8-ci km., bazarında yerləşən, qorunan fiziki şəxsə məxsus 4№-li ticarət mərkəzindən hər birinin dəyəri 35 (otuz beş) manat, ümumi dəyəri 210 (iki yüz on) manat olan 6 (altı) ədəd qadın poltosunu oğurlayarkən paytaxt sakini, 1975-ci il təvəllüdlü Əliyev Nıcat Aydın oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.
02/
06 dekabr 2018-ci il tarixdə gecənin ikinci yarısı saat 05:00 radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları ərazidə xidmətdə olarkən, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində əllərində sellofan paket olan və polis naryadını görən kimi qaçıb gizlənməyə çalışan 3 şəxsdən biri olan Bakı şəhəri, Maştağa qəsəbə sakini 1997-ci il təvəllüdlü Heybətov Aslan Elşən oğlunu şübhəli şəxs qismində saxlayaraq sellofanda olan 3 ədəd “Playstation” oyun aparatı ilə birlikdə sonraki araşdırmaların aparılması üçün ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.
07/
05.12.2018-ci il tarixdə saat 13:15 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, ”Sədərək” Ticarət Mərkəzində yerləşən, fiziki şəxsə məxsus mağazadan ümumi dəyəri 42 manat olan 12 ədəd “Simens” markalı elektrik avtomat açarını oğurlamağa cəhd göstərmiş Sumqayıt şəhər sakini 1970-cı il təvəllüdlü Abdullayev İlqar Əli oğlunu saxlayaraq sonraki araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.
30.11.2018-ci il tarixdə saat 05:45 radələrində, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları qorunan, rayonun B.Bağırova küçəsində yerləşən fiziki şəxsə məxsus, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Alyans” aptek məntəqəsinin giriş qaısının kilidini açmaqla oğurluğa cəhd göstərmiş, Yevlax rayon sakini 2003-cü il təvəllüdlü Əliyev Vüqar Firdovsi oğlunu yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Polis Bölməsində V.Əliyevin üzərinə baxış keçirilərkən, 1 ədəd əl fanarı, 1 ədəd vintaçan, 2 ədəd şprist və narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.
01/
30.11.2018-ci il tarixdə saat 12:03 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, marketdən ümumi dəyəri 24 manat olan yeyinti məhsulları (altı ədəd “Vestqold” kərə yağı bağlaması) oğurlamış Masallı rayon sakini, əvvəllər məhkum olunmuş (AR CM-nin 234.1, 177.2.1, 177.2.3 maddələri ilə), 1990-cı il təvəllüdlü Əhədov Mürüvvət Rafiq oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.