25 noyabr 2018-ci il tarixdə saat 05-59 radələrində Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən, xüsusi texniki vasitələrin köməyi ilə qorunan “OBA” market mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Yasamal Rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxs tərəfindən sındırıldığı və mağazanın kassasından oğurluğa cəhd olunduğu müəyyən edilmişdir. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq maddi subutla birlikdə (kassadan oğurladığı 2.300 manatla) ərazi üzrə Polis Bölməsinə təhvil verilmişdir. Polis Bölməsində saxlanılan şəxsin şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, həmin şəxs Paytaxt sakini 1988-ci il təvəllüdlü Ştonda Nikolay Vladimiroviçdir. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində araşdırma aparılır.
28/
02.06.2018-ci il tarixdə saat 00:15 radələrində Nərimanov Rayon Mühafizə İdarəsinə məxsus avtomarşurutda xidmət aparan polis əməkdaşları, rayonun Koroğlu Rəhimov küçəsi ilə hərəkətdə olarkən bir şəxs onlara yaxınlaşaraq mənzilinə oğru girdiyini və hələdə orda olduğunu bildirmiş, oğrunun saxlanılması üçün ona kömək etməklərini xahiş etmişdir. Avtomarşrutda xidmət aparan polis əməkdaşları dərhal həmin vətəndaşa məxsus mənzilə gəlmişlər və mənzildən oğurluğa cəhd göstərən bir nəfəri şübhəli şəxs qismində saxlayaraq sonrakı araşdırmaların aparılması üçün ərazi üzrə 18-ci Polis Bölməsinə təhvil vermişlər. Polis Bölməsində aparılmiş araşdırmalarla oğurluğa cəhd olunmuş mənzilin, vətəndaş A.Nuruşova məxsus olması və mənzildən oğurluq edən şəxsin isə onun qonşuluğunda yaşayan1987-ci il təvəllüdlü Mahmudov Sahib Seyfəddin oğlu olduğu məlum olmuşdur. S.Mahmudovun üzərinə baxış keçirilərkən qonşusunun mənzilindən oğurladıği 1300 manat pul üzərində aşkar edilmiş və maddi subut kimi götürülmüşdür. Faktla bağlı Nərimanov RPİ-nin 18-ci PB-də araşdırmalar aparılır.
04/
22.05.2018-ci il tarixdə saat 19:00 radələrində, Qaradağ rayonu, Lök-batan qəsəbəsində yerləşən, qorunan “Binə” ticarət mərkəzində, inşası başa çatmaməş mağazanın pəncərə çərçivələrini oğurlamağa cəhd göstərmiş iki nəfər şəxs, həmin ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil verilmişdir. Polis Bölməsində aparılmış araşdırmalarla saxlanılan şəxslərin Şəki rayon sakini,1972-ci il təvəllüdlü Qurbanəliyev Rəşid Dövlət oğlu və Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Zəkiyev Ceyhun Rəhim oğlunun olduğu müəyyən olunmuşdur. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.
26/
22.05.2018-ci il tarixdə saat 22:00 radələrində Azərbaycan Dövlət Televiziya və Radioverilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində Mədəniyyat Sarayının yanında yerləşən avtobus dayanacağında 35 nömrəli xətt avtobusundan düşərək bir nəfərlə mübahisə edərkən vətəndaşın üzərindən qanunsuz olaraq əldə edib saxladığı və üstündə gəzdirdiyi, 1931-ci il Rusiya istehsalı olan “Naqan” tipli, nömrəsi silinmiş tapança və 7 ədəd patronu tərksilah edərək götürmüş DİN-nin NHİX-nin bilavasitə tabeçiliyində olan “102 Xidməti Zəng Mərkəzi Sistemi” vasitəsi ilə hadisə yerinə çağırılan Abşeron RPİ-nin və ƏÇPA-nin 10-cu bölüyünün əməkdaşlarına təhvil vermişdir. Polis İdarəsində aparılan araşdırmalarla həmin şəxsin, Xirdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 1956-cı il təvəllüdlü Sadıxov Şahin Şirzad oğlu olduğu məlum olmuşdur. Faktla bağlı Abşeron RPİ-nin İŞ-də AR CM-nin 226.1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.
23/
21.05.2018-ci il tarixdə saat 01:20 radələrində, Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən, şəhərin M.Müşviq küçəsində yerləşən fiziki şəxsə məxsus qorunan, “Uşaq aləmi” mağazasından oğurluğa cəhd göstərmş bir nəfər saxlanılaraq ŞRPŞ-yə təhvil verilmişdir. Polis Şöbəsində aparılan araşdırmalarla onun Şəki rayonu, Qoxmuq kənd sakini, 1993-cü il təvəllüdlü Məhərrəmli İlkin İdayət oğlu olduğu müəyyən edilib. Şöbədə İ.Məhərrəmlinin üzərinə baxış zamanı bir ədəd qara rəngli maska, iki ədəd şüşə kəsən və qıfıl sındırmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü dəmir alətlər aşkar edilmişdir. Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.
22/
19 may 2018-ci il tarixdə saat 01:22 radələrində, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun A.Məhərrəmov küçəsində yerləşən, “Kapital Bank” ASC-nin “Binəqədi” filialından Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş "həyəcan" siqnalını yoxlayarkən, bankın şüşə konstruksiyalı əsas giriş qapısını daşla sındırmağa cəhd göstərən paytaxt sakini, 2001-ci il təvəllüdlü Zeynalov Əhməd Əhəd oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 19-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma aparılır.
19/
16.05.2018-ci il tarixdə saat 23:42 radələrində, Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları, şəhərin Qırmzı qəsəbəsində yerləşən fiziki şəxsə məxsus siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Piramida” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, marketin pəncərəsinin dəmir jaluzunun qoparıldığını və şüşəsinin sındırıldığını aşkar etmişlər. Hadisəni törətmiş və oğurluq məqsədilə içəriyə daxil olmaq istəyən şəxs şübhəli şəxs qismində saxlanılaraq Quba RPŞ-yə təhvil verilmişdir. Polis Şöbəsində aparılan araşdırmalarla onun Quba rayon sakini, 1997-ci il təvəllüdlü Əmrahov Əmrah Teymur oğlu olduğu müəyyən edilib. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.
17/
17.05.2018-ci il tarixdə gecənin ikinci yarısı, saat 05:00 radələrində, Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, ”Fəvvarələr” istirahət parkından 70 metr uzunluğunda rezin materialdan olan su şlanqını oğurlamağa cəhd gəstərmiş şəxsi ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Bölməsinin əməkdaşları maddi subutla birlikdə saxlayaraq ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Polis Şöbəsində aparılan araşdırmalarla onun Xaçmaz şəhər sakini, 1984-cü il təvəllüdlü Kərimov Murad Çingiz oğlu olduğu müəyyən edilib. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.
12 may 2018-ci il tarixdə gecənin ikinci yarısı saat 04-32-də Gəncə şəhəri, H.Əliyev prospekti 93 ünvanda yerləşən, xüsusi texniki vasitələrlə qorunan fiziki şəxsə məxsus “Ucuzluq” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxs tərəfindən sındırıldığı və mağazanın kassasından oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və maddi subutla birlikdə (kassadan oğurladığı 450 manatla) ərazi üzrə Kəpəz RPİ-yə təhvil verilmişdir. Polis İdarəsində saxlanılan şəxsin şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, həmin şəxs Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Pənahov Sərdar Qabil oğludur. S.Pənahovun başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Gəncə ŞBPİ-nin Kəpəz RPİ-də araşdırma aparılır.
12/
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən dövlət və özəl mülkiyyətə məxsus obyektlərin hüquqa zidd əməllərdən etibarlı qorunması təmin edilir. Eyni zamanda vətəndaş mənzillərinin, silah-sursat və digər əmlak saxlanılan obyektlərin texniki vasitələrin köməyi ilə mərkəzləşdirilmiş qaydada mühafizəsi təşkil olunur. Mərkəzləşdirilmiş Mühafizə Məntəqələrinin (MMM) köməyi ilə cinayətkarlıqla mübarizə özünü doğrultduğundan bu sahəyə diqqət daha da artırılmışdır. Hal-hazırda Bakı şəhəridə daxil olmaqla respublikanın 41 şəhər və rayonunda siqnalizasiya sistemlərinin tətbiqi ilə obyektlərin və mənzillərin MMM vasitəsilə mühafizəyə götürülməsinə şərait yaradılmış nəticədə cari ilin birinci rübündə müqavilə əsasındə mühafizə olunan obyekt və mənzillərdən daxil olmuş “həyəcan” siqnallarına əsasən 214 cinayət hadisəsinin qarşısı alınmış və vətəndaşlara heç bir ziyan dəyməmişdir. Mənzillərdən edilən oğurluqların qarşısının alınması məqsədi ilə Baş Mühafizə İdarəsi mənzillərə mühafizə siqnalizasiyası avadanlıqlarının quraşdırılması işlərini 01.05.2018-ci il tarixdən 01.06.2018-ci il tarixə kimi öz vəsaiti hesabına həyata keçirir. Göstərilən mühafizə xidmətindən istifadə etmək arzusunda olan vətəndaşlar ərazi üzrə mühafizə hissələrinə və polis sahə müvəkillərinə müraciət edə bilərlər. Əlaqə telefonları: 594-44-04, 91-01-Çağrı mərkəzi.
11/