03.04.2018-ci il tarixdə saat 11:45 radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən, “Ayxan” marketin ön hissəsində quraşdırılmış “Kapital Bank” ASC-yə məxsus bankomatdan (ATM) pul çıxarmış qadının əlindən 110 manatı açıq talama yolu ilə alıb qaçmağa cəhd göstərmiş şəxsi saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Bölmədə aparılan araşdırmalar zamanı saxlanılan şəxsin Cəlilabad rayonunda anadan olmuş, Sabunçu rayonu, Bakixanov qəsəbəsində qeydiyyatda olan, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş 1968-ci il təvəllüdlü Nuriyev Fətulla Yadulla oğlu olduğu məlum olmuşdur. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
04/
03.04.2018-ci il tarixdə saat 02:24 radələrində Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Şərifzadə küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxsə məxsus “Araz” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş həyəcan siqnalını yoxlayarkən, marketdən ərzaq məhsulları oğurlamağa cəhd gəstərmiş Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Məmmədov Bəylər İlqar oğlunu saxlayaraq ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil vermişlər.
03/
Gecənin ikinci yarısinda Xətai rayonu ərazisində yerləşən “Oba Market”iərin giriş qapılarına müdaxilə etməklə oğurluq etmiş 22 yaşli şəxs saxlanılmışdir. 02.04.2018-ci il tarixdə saat 05:44 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun ərazisində yerləşən, qorunan “Oba Retail Chain” MMC-yə məxsus “Oba Market” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalının səbəbini yoxlayarkən, obyektin giriş qapısına müdaxilə olunduğunu aşkar etmişlər. Polislərin çevikliyi nəticəsində marketin giriş qapısının qıfılını sındırmaq yolu ilə obyektdən 150 AZN dəyərində müxtəlif növ siqaretlər oğurlamağa cəhd göstərmiş, Sabunçu rayon sakini 1996-cı il təvəllüdlü Həsənov Asif Arif oğlunu saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 35-cı Polis Bölməsinə təhvil verilmişdir. PB-də aparılan araşdirmalar zamanı müəyyən edilmişdir ki, A.Həsənov 20.03.2018-ci il tarixdə Xətai rayonu G.Şıxlinski küçəsində yerləşən qorunmayan “Oba Market”in giriş qapısının qıfılını sindirmaq yolu ilə içəri daxil olmuş və 60/40 sm ölçüdə olan dəmir seyfi oğurlamişdır. Seyfin içərisində 3229 AZN olmuşdur. Bundan əlavə A.Həsənovun 02.04.2018-cı il tarixdə saat 04:22 radələrində Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən, qorunan “Oba Market”in giriş qapısının qıfılını sındirmaqla oğurluğa cəhd göstərməsidə müəyyən edilmişdir. Faktla bağlı Xətai RPİ-nin 35-ci PB-də araşdırma aparılır.
01.04.2018-ci il tarixdə saat 20:33 radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxsə məxsus “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş həyəcan siqnalını yoxlayarkən, marketdən ümumi dəyəri 55 manat olan bir ədəd spirtli içki (viski) oğurlayıb qaçmaq istəyərkən, paytaxt sakini 1987-ci il təvəllüdlü Ələkbərov Rauf Ramiz oğlunu saxlayaraq ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər.
02/
30.03.2017-ci il tarixdə saat 22:30 radələrində, Xətai rayonu Sarayevo küçəsi ilə M.Hadi küçələrinin kəsişməsində yerləşən dayanacaqda, paytaxt sakini N.Kamilovaya məxsus dəyəri 500 manat olan “Samsung-J7” markali mobil telefonu oğurlayıb qaçmaq istəyərkən əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Axundov Fərid Tələt oğlunu ərazidə xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşı saxlayaraq ərazi üzrə Polis Bölməsinə təhvil vermişdir. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılır.
31/
29.03.2018-ci il tarixdə saat 04:00 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lök-batan qəsəbəsi, 28 may küçəsində yerləşən, qorunan ”Kolxoz Bazarı”ndan, Quba rayon sakininə məxsus ümumi dəyəri 55 manat olan 2 yeşik alma və Qazax rayon sakininə məxsus ümumi dəyəri 42 manat olan 29 ədəd süpürgəni oğurlamağa cəhd göstərmiş paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Ağayev Orxan Naib oğlunu saxlayaraq sonraki araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.
30/
28.03.2018-ci il tarixdə saat 05:10 radələrində Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları, Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən vətəndaşa məxsus fərdi yaşayış evindən oğurluğa cəhd göstərmiş və hadisə yerindən qaçmaq istəyərkən Ağstafa şəhər sakini 1990-cı il təvəllüdlü Nabat Eyvaz qızını saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.
28/
Novruz bayramı gecəsi, Bakıda zavoda məxsus yanacaq borusunu xüsusi alətlə deşən şəxs tutulub. Martın 20-si saat 04:10 radələrində əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Həmdəmov Nizami Hüseynağa oğlu Bakı Neft Emalı Zavoduna məxsus neft məhsulları nəql olunan boru kəmərini oğurluq məqsədilə, xüsusi alətlə deşərkən həmin ərazidə xidmət aparan Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən tutulub. Tutulan şəxs sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Xətai RPİ-nin əməkdaşlarına təhvil verilmişdir. Aparılmş araşdirmalar zamanı müəyyən edilmişdirki, N.Həmdəmov əvvəllərdə həmin zavoddan küllü miqdarda benzin oğurlayıb. Belə ki, 2009-cu ildə N.Həmdəmov bir neçə şəxslə əlbir olaraq, Bakı Neft Emalı Zavodunun 7-ci sexində yerləşən benzin borusundan NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən “FF Companiya” şirkətinə məxsus obyektə yeraltı yollarla boru xətti çəkərək küllü miqdarda benzin oğurlayıb. Həmin vaxt Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində N.Həmdəmovdan başqa dəstənin digər üzvləri tutularaq istintaqa təhvil verilmişlər. N.Həmdəmov isə bir müddət sonra yaxalanıb. İllər sonra azadlığa çıxan həmin şəxs eyni yolla yenidən oğurluq əməli törətməyə çalışıb.
27/
24.03.2018-ci il tarixdə saat 22:30 radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxsə məxsus “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş həyəcan siqnalını yoxlayarkən, marketdən oğurluğa cəhd göstərmiş, Sabirabad rayonunda anadan olmuş, paytaxtın Yasamal rayonu ərazisində qeydiyyatda olan 1985-ci il təvəllüdlü Gözəlzadə Kamran Rəhman oğlunu saxlayaraq ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu RPİ-nin 15-ci PB-də araşdırma aparılır.
26/
23.03.2018-ci il tarixdə saat 22:20 radələrində, Nəsimi RPİ-nin 22-ci PŞ-nin və Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, “28 May” metrostansiya ərazisində yerləşən qorunan, yeraltı ticarət mərkəzində, fiziki şəxsə məxsus mağazadan dəyəri 35 manat olan qadın cantasını oğurlamış, Qazax rayon sakini, əvvəllər RF CM-nin 159.2-ci maddəsi ilə məhkum olunmuş, 1986-cı il təvəllüdlü Əzizov Elməddin Ramiz oğlunu Nəsimi rayonu, M.Qaşqay küçəsi ev 3 ünvanın qarşısnda saxlayaraq ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi RPİ-nin 22-ci PŞ-də araşdırma aparılır.
25/