22.03.2018-ci il tarixdə saat 21:15 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ev 24 unvanın qarşısında park olunmuş vətəndaşa məxsus “Mersedes-Benz Vito” markalı avtomaşından dəyəri 400 manat olan 1 ədəd “Samsung” markalı mobil telefonu oğurlayıb qaçmaq istəyən Sabirabad şəhər sakini, əvvəllər AR CM-nin 234-cü maddəsi ilə məhkum olunmuş 1973-cü il təvəllüdlü Nuriyev Vüsal Aslan oğlunu həmin ərazidə xdmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları yaxalayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.
23/
20.03.2018-ci il tarixdə gecənin ikinci yarısı saat 04:10 radələrində, paytaxt sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Həmdəmov Nizami Hüseynağa oğlu Xətai rayonu ərazisindən keçən Heydər Əliyev adina Bakı Neft Emalı Zavoduna məxsus neft məhsulları nəql olunan boru kəmərini oğurluq məqsədilə xüsusi alətlə deşərkən, həmin ərazidə xidmət aparan Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilmişdir. Faktla bağlı Xətai RPİ-nin 37-ci PB-də araşdırma aparılır.
21/
19 mart 2018-ci il tarixdə saat 13:50 radələrində, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun 20 yanvar küçəsində yerləşən, “Dobromed” klinikasindan Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş "həyəcan" siqnalını yoxlayarkən, klinikada həkim işləyən paytaxt sakini M.Qədirovanın otağından oğurluğa cəhd göstərmiş Tərtər rayon sakini, 1972-ci il təvəllüdlü, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş İsmayılov Firdovsi Davud oğlunu yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 19-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma aparılır.
20/
16.03.2018-ci il tarixdə saat 19:05 radələrində Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən, S.Vurğun küçəsində yerləşən, fiziki şəxsə məxsus “Kingsman” geyim mağazasından 15.03.2018-ci il tarixdə ümumi dəyəri 250 manat olan 1 ədəd pul qabı və 1 ədəd kəmər oğurladığını videomüşahidə kameraları ilə müəyyən edilmiş paytaxt sakini 1992-ci il təvəllüdlü Əliyev Əli Dadaş oğlu eyni mağazada saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilmişdir. Faktla bağlı Səbail RPİ-nin 39-cu PB-də araşdırma aparılır.
17/
16.03.2018-ci il tarixdə saat 17:30 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lök-batan qəsəbəsində yerləşən, qorunan ”Sədərək” ticarət mərkəzində, fiziki şəxslərə məxsus müxtəlif təyinatlı mağazalardan məişət əşyalarının oğurlanmasında şübhəli bilinən Ağstafa rayonunda anadan olmuş, paytaxtın Nərimanov rayonu ərazisində yaşayan 1949-cu il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Əhmədov Məlikəhməd Məmməd oğlunu saxlayaraq sonraki araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.
05.03.2018-ci il tarixdə səhər saat 06:20 radələrində Yevlax şəhər, sakini 2001-ci il təvəllüdlü Başxanım İlham qızı Abdullayeva Kür çayı üzərində yerləşən körpüdən təxminən 20-30 metr aralıda özünü Kür çayına ataraq intihara cəhd etmək istəyərkən, həmin ərazidə xidmət aparan Yevlax Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Faktla bağlı araşdırma aparılır.
06/
26.02.2018-ci il tarixdə saat 15:05 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxsə məxsus “Ayxan” marketdən dəyəri 28 manat olan ərzaq məhsulları oğurlayıb qaçmaq istəyərkən, Sabunçu qəsəbəsində kirayəşin qalan Mingəçevir şəhər sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlunu Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.
27/
24.02.2018-ci il tarixdə saat 19:30 radələrində, Qaradağ rayonu ərazisində yerləşən “Boss Shelf” MMC-nin həyətindən 6 ədəd qaz reduktoru oğurlamış, orada mühafizəçi işləyən, paytaxt sakini 1989-cu il təvəllüdlü Orxan Polad oğlu Əliyev həmin ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə 38-ci polis Bölməsinə təhvil verilmişdir. Faktla bağlı Qaradağ RPİ-nin 38-ci PB-də araşdırma aparılır.
26/
24.02.2018-ci il tarixdə saat 15:30 radələrində, Lənkəran Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları, qorunan “Az Konfort” MMC-yə məxsus 78/3 nömrəli binanın qarşısında kəsilmiş dəmir boruları oğurlamağa cəhd göstərmiş, Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Məhərrəmov Arzuman Aşur oğlunu saxlayaraq ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
21.02.2018-ci il tarixdə saat 21:10 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Cavadxan küçəsi 20 ünvanında yerləşən fiziki şəxsə məxsus “İnternet” klubdan oğurluq edib qaçmaq istəyərkən Ağcabədi rayonunda anadan olmuş, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 1991-ci il təvəllüdlü, Süleymanov İntiqam Səfər oğlunu saxlayaraq ərazi üzrə 19-cu polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma aparılır.
22/