MƏLUMAT
02.07.2017-ci il tarixdə saat 02:30 radələrində, “Azərsu” ASC-yə məxsus Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, Bakı Su Kəmərinin yaxınlığında uzunluğu 15 metr, diametri 800 mm olan metal borunu 90-K-766 dövlət qeydiyyat nömrəli “Hyundai” markalı troktorla oğurlamağa cəhd göstərmiş Hacı Zeynalabdin Tağıyev qəsəbə sakini 1983-cü il təvəllüdlü Abbasov Anar Tofiq oğlunu həmin ərazidə xidmət aparan Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları saxlayaraq Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sumqayıt ŞPİ-nin 2-ıi Polis Bölməsində araşdırma aparılır.