MƏLUMAT
05.07.2017-ci il tarixdə saat 22:14 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, marketdən dəyəri 123 (yüz iyirmi üç) manat olan bir ədəd spirtli içkini (viski) oğurlayıb qaçmaq istəyərkən, Yasamal rayon sakini 1990-cı il təvəllüdlü Abbasov Hüseyn Mirsüleyman oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.