MƏLUMAT
06.07.2017-ci il tarixdə saat 12:06 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə növbəti “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, marketdən parfumeriya məhsulları oğurlamış Füzuli rayon sakini, Zabrat-2 qəsəbəsində yaşayan, 1983-cü il təvəllüdlü Ağayev Sənan Nazim oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.