MƏLUMAT

29.08.2017-ci il tarixdə saat 18:00 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun S.Rüstəm küçəsi, ev 67 ünvanında yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan “Premium” marketdən müxtəlif növ ərzaq mallarını oğurlamağa cəhd göstərmiş, Qaradağ rayonu, Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1980-ci il təvəllüdlü İmanov Elman Arif oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 20-ci Polis Bölməsinə təhvil vermişlər. Polis Bölməsində E.İmanovun avqust ayının 27-də qeyd olunan marketdən ərzaq malları oğurlaması müəyyən edilmişdir. Faktla bağli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırma aparılır.

Arxiv

30/

08/17