MƏLUMAT

20.09.2017-ci il tarixdə saat 01:24 radələrində Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları, şəhərin Yeni-Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən, fiziki şəxsə məxsus, texniki vasitələrin köməyi ilə mühafizə olunan “Ucuzluq” ticarət mərkəzindən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, obyektin vitrin şüşəsini sındırmaq yolu ilə içəri daxil olaraq ümumi dəyəri 1500 (min beş yüz) manat olan müxtəlif çeşidli geyim paltarlarını oğurlayarkən Qazaxıstan Respublikasında anadan olmuş, Goranboy rayonunda yaşayan, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Bulekbayev Kazbek Yusifoviçi yaxalayaraq ərazi üzrə Polis orqanına təhvil vermişlər. Faktla bağlı Gəncə ŞBPİ-nin Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Arxiv

20/

09/17