MƏLUMAT

23.09.2017-ci il tarixdə saat 23:12 radələrində Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları, şəhərin Xəlilov küçəsində yerləşən, fiziki şəxsə məxsus, texniki vasitələrin köməyi ilə mühafizə olunan “Zəfəran” aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, oğurluq məqsədi ilə obyektin giriş qapısını açmağa cəhd edən Daşkəsən rayonunda anadan olmuş, Gəncə şəhərində yaşayan 1970-ci il təvəllüdlü Məmmədov Tofiq Cəmil oğlunu yaxalayaraq ərazi üzrə Polis orqanına təhvil vermişlər. Faktla bağlı Gəncə ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.

Arxiv

25/

09/17