MƏLUMAT

25.09.2017-ci il tarixdə saat 15:20 radələrində, “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodun həyətində 900 millimetrlik dəmir boruları oğurluq məqsədi ilə “Hunday K 14” markalı traktorla qazıb çıxardarkən sürücü, Zəngilan rayonunda anadan olmuş, Bakı şəhərində yaşayan 1975-ci il təvəllüdlü Amanov Bəhmən Saleh oğlu və Ağdam rayonunda anadan olmuş, Abşeron rayonu, Sulutəpə qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü İbadov Elnur Kamal oğlunu həmin ərazidə xidmət aparan Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları saxlayaraq ərazi üzrə 2-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində araşdırma aparılır.

Arxiv

26/

09/17