MƏLUMAT
07.10.2017-ci il tarixdə saat 22:30 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun A.Mustafayev küçəsi, ev 65 ünvanında yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan “Oba” marketdə istismar olunan video müşahidə kamerasına baxış zamanı mağazadan 100 (yüz) manat dəyərində müxtəlif növ ərzaq malları və parfümeriya məhsullarını oğurlamış Yasamal rayon sakini 1981-ci il təvəllüdlü Novruzov Rəşad Kamil oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 19-cu Polis Bölməsinə təhvil vermişlər. Polis Bölməsində H.Novruzovun Yasamal Rayon Polis İdarəsi tərəfindən axtarışda olduğu müəyyən edilmiş və aidiyyəti üzrə Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə təhvil verilmişdir. Faktla bağli Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində araşdırma aparılır.