MƏLUMAT
11.10.2017-ci il tarixdə saat 16:00 radələrində, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Z.Xəlilov küçəsində yerləşən Bakı Dövlət Universitetinin yaxınlığında Bakı şəhər sakinləri Aynurə Rüstəmovaya məxsus “Samsung” markalı smartfonu və Ləmən Heydərliyə məxsus “İbhone-7” markalı mobil telefonu oğurlayıb qaçarkən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Əliyev Elman Əlvan oğlunu yaxalayaraq maddi subutla birlikdə sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 29-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində araşdırma aparılır.