MƏLUMAT

18.10.2017-ci il tarixdə saat 08:20 radələrində Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları, Şəhərin 19-cu məhəlləsində yerləşən, Sumqayıt şəhər sakini S.Əbişova məxsus “Halal süfrə” kafesinin qarşısında quraşdırılmş, 120-130 manat dəyərində olan əl-üz yuyanın oğurluq məqsədilə sökdüyünə görə, Sumqayıt şəhər sakini 1967-ci il təvəllüdlü Mustafayev Elşən Şirzad oğlunu saxlayaraq ərazi üzrə 4-cü Polis Bölməsinə təhvil vermişlər. Bölmədə, aparılan araşdırma zamanı onun müxtəlif vaxtlarda Z.Məmmədova məxsus avtomobilindən akkumulyator, N.Rüstəmova məxsus mağazadan tütün məmulatı, X.Həsənovanın və X.Fərhadovanın ciblərindən mobil telefon oğurlaması muəyyən edilmişdir.Faktla bağlı Sumqayıt ŞPİ-nin 4-cü PB-də araşdırma aparılır.

Arxiv

18/

10/17