MƏLUMAT
19 oktyabr 2017-ci il tarixdə saat 07:10 radələrində, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları, Bakı-Sumqayıt şosesinin 17-ci km-də yerləşən, texniki vasitələrin köməyi ilə mühafizə olunan “Araz” super marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalı barədə məlumatı yoxlayarkən, ümumi dəyəri 80 manata yaxın ərzaq məhsullarını oğurlmağa cəhd edən, əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini 1978-ci il təvəllüdlü Məhərrəmov Rəşid Əşir oğlunu yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün Abşeron Rayon Polis İdarəsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.