MƏLUMAT
20 oktyabr 2017-ci il tarixdə saat 14:40 radələrində, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Novxanı qəsəbəsində yerləşən, texniki vasitələrin köməyi ilə mühafizə olunan “Fresco” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalı barədə məlumatı yoxlayarkən, ümumi dəyəri 257 manata yaxın müxtəlif növ ərzaq məhsullarını oğurlmış Binəqədi rayon sakini 1992-ci il təvəllüdlü Heydərov Əlipaşa Ələddin oğlunu yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün Abşeron Rayon Polis İdarəsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.