MƏLUMAT

01 noyabr 2017-ci il tarixdə saat 17:00 radələrində, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi-49 ünvanda yerləşən, İ.Əfəndiyev adına Elitar Gimnaziyanın İdman zalının soyunma otağında istismar olunan video müşahidə kameralarına baxış zamanı 20 gün əvvəl paytaxt sakini, 2008-ci il təvəllüdlü Rəsul İmanova məxsus “İphone-7” markalı mobil telefonu oğurlamaqda şübhəli bilinən iki şəxsdən biri, Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Əliyev Ruslan Mütəllim oğlunu Nəsimi və Suraxanı rayon mühafizə hissələrinin əməkdaşları saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 22-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi RPİ-nin 22-ci PB-də araşdırma aparılır.

Arxiv

02/

11/17