MƏLUMAT

28.11.2017-ci il tarixdə saat 12:30 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Ayxan” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, marketdən ümumi dəyəri 103 manat olan ərzaq məhsulları oğurlamış Göygöl rayon sakini, Sabunçu qəsəbəsində yaşayan, əvvəllər AR CM-nin 234-cü maddəsi ilə iki dəfə məhkum olunmuş 1979-cu il təvəllüdlü Vəliyev Nazim Nürəddin oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

Arxiv

29/

11/17