MƏLUMAT
16.12.2017-ci il tarixdə saat 00:05 radələrində Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Avromed Dokta” MMC-yə məxsus aptek məntəqəsindən Regional Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları, aptekin ön vitrin şüşəsini sındırmaqla içəri daxil olaraq oğurluğa cəhd göstərmiş, Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Taleh Dursun oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağli Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.