MƏLUMAT
13.01.2018-ci il tarixdə saat 03:30 radələrində, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci yaşayış massivində yerləşən C.Süleymanovaya məxsus evdən bir ədəd kombi və bir ədəd velosiped oğurlayıb qaçarkən, qəsəbə sakini əvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Musayev Cəlal Hidayət oğlunu saxlayaraq ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-də araşdırma aparılır.