MƏLUMAT
18.01.2018-ci il tarixdə saat 12:48-də Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun ərazisində yerləşən, qorunan “Turan Bank” ASC-nin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalı əsasında dərhal hadisə yerinə çıxmış və quldurluq yolu ilə banka basqın edərək orada müştəri qismində olan paytaxt sakini, 1967-ci il təvəllüdlü S.Nəcəfovanın boğaz nahiyyəsinə bıçağı dirəyib öldürəcəyi ilə hədələyərək bank işçilərindən xəzinədarlıqdan pul verilməsini tələb etmiş şəxs tərksilah edilərək tutulmuş və ondan soyuq silaha aid edilə biləcək bıçaq götürülmüşdür. Həmin şəxsin paytaxtın Yasamal rayon sakini 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilmiş və maddi subutla birgə sonrakı araşdırmalar aparılması üçün Yasamal RPİ-nin 27-ci PB-yə təhvil verilmişdir. Faktla bağlı Yasamal RPİ-nin 27-ci PB-də araşdırma aparılır.