MƏLUMAT

09.02.2018-ci il tarixdə saat 03:49-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən, “Viva Desert” MMC-yə məxsus “Viva” şirniyyat evindən Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış zamanı şirniyyat evinin qapısının naməlum şəxslər tərəfindən sındırıldığını və oğurluq edildiyini müəyyənləşdiriblər. Həmin cinayəti törətməkdə şübhəli bilinən, yetkinlik yaşına çatmayan 2 nəfər hadisə yerindən qaçmaq istəyərkən saxlanılaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil verilib. Onların üzərlərinə baxış keçirilən zaman oğurladıqları bir ədəd “Lenova Tab2 A-10-30” markalı planşet və “Ergo” markalı mobil telefon aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı yetkinlik yaşına çatmayan bu şəxslərin tutulana qədər elə həmin gecə Sabunçu və Nizami rayonları ərazisindən ümumilikdə 4 geyim dükanı, mağaza və daha bir şirniyyat evindən oğurluq etdikləri məlum olub. Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri oğurluqlar həmin obyektlərin Video müşahidə kameraları tərəfindən də qeydə alınıb. Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

Arxiv

10/

02/18